XƏBƏRLENTİ

xeberlenti.com

HƏMAS iki yüksəkvəzifəli üzvünün öldüyünü təsdiqlədi

HƏMAS qruplaşması İsrailin Qəzza zolağına zərbələri nəticəsində iki yüksəkvəzifəli üzvünün öldüyünü təsdiq edib.

Xeberlenti.com Qafqazinfo-ya istinadən xəbər verir ki,  bu barədə məlumatı qruplaşma öz teleqram kanalında paylaşıb.

Məlumata görə, sözügedən şəxslər Taysir İbrahim və Vail əz-Zərddir.

Qeyd edək ki, bir neçə gün əvvəl xarici KİV-də HƏMAS-ın yüksəkvəzifəli şəxslərinin ölməsi barədə məlumat yayılıb.

About Author