XƏBƏRLENTİ

xeberlenti.com

Milli Məclis Prezident və xanımını təbrik edib

Milli Məclis Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanı 18 oktyabr Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib.

“Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib ki, sabah Müstəqilliyin Bərpası Günü qeyd ediləcək.

Sədr bildirib ki, bu, çox tarixi gündür: “Ötən əsrin 90-cı illərinin əvvəlləri ölkəmizin ağır günlərdən keçdiyi dövrdür. Ovaxtkı iqtidar ölkədə gərginliyi artırırdı. Bu illərdə Qarabağı itirdik. Taleyin hökmü ilə bu dəfə Heydər Əliyev fenomeni dövlət müstəqilliyimizin itirilməsinə yol vermədi. O, Azərbaycanın siyasi varlığını qoruyub saxlaya bildi. Ümummilli lider Heydər Əliyevin xalq və Vətən naminə fədakarlığının nişanəsi bugünkü güclü Azərbaycandır. Onun bu binada gördüyü tədbirlər, atdığı addımlar parlamentarizm tariximizin şanlı səhifələrini təşkil edir. Dövlət idarəçiliyi sistemi təkmilləşdirilmiş, Birinci vitse-prezident institutu təşkil edilib.

About Author