XƏBƏRLENTİ

xeberlenti.com

Azərbaycanda dronlarla bağlı yeni QAYDALAR

Mülki pilotsuz uçuş aparatı sistemlərinin istismarına dair ümumi tələblər müəyyənləşir.

Bu barədə “Aviasiya haqqında” qanunda əks olunub.

Qanun layihəsinə görə, mülki pilotsuz uçuş aparatının istismarına dair qaydalar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

60.2. Mülki pilotsuz uçuş aparatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada müvafiq icra hakimiyyəti orqanı (qurumu) tərəfindən qeydiyyata alınır.

60.3. Mülki pilotsuz uçuş aparatının istismarçısı həyata keçirilən uçuş əməliyyatına görə cavabdehdir və əməliyyatın təhlükəsizliyini təmin etməlidir.

60.4. Mülki pilotsuz uçuş aparatı yalnız uçuşa yararlı vəziyyətdə olduqda, habelə uçuşun həyata keçirilməsi üçün müvafiq avadanlıqlar və komponentlər mövcud olduqda onun istismarına  yol verilir.

60.5. Açıq məkanda həyata keçirilən pilotsuz uçuş aparatı sistemlərinin əməliyyatları xüsusiyyətlərindən və potensial olaraq yarada biləcək risklərdən asılı olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada kateqoriyalara bölünür.

60.6. Mülki pilotsuz uçuş aparatının sisteminin əməliyyat iştirakçıları, o cümlədən məsafədən idarə edən pilotlar (operatorlar) həyata keçiriləcək əməliyyatların təhlükəsizliyini təmin etmək üçün zəruri olan və bu əməliyyatlardan irəli gələn risklərə uyğun olan biliyə və bacarıqlara malik olmalıdır.

60.7. Uçuş əməliyyatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilmiş pilotsuz uçuş aparatı sistemi istismarçısı sertifikatına və əməliyyat icazəsinə malik istismarçı tərəfindən həyata keçirilir.

60.8. Model pilotsuz uçuş aparatı klubları və ya assosiasiyaları fəaliyyət göstərmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) icazə alırlar.

60.9. Məsafədən idarə edən pilotlar (operatorlar) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) şəhadətnamə alırlar.

60.10. Nəzarət olunan hava məkanında və aerodromyanı ərazidə mülki pilotsuz uçuş aparatı sistemlərinin əməliyyatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yaratdığı mərkəzin icazəsi ilə həyata keçirilir.

60.11. Məsafədən idarə edən pilot (operator) əməliyyatın dayandırılması və ya dəyişdirilməsi ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən yaradılmış mərkəzin verdiyi göstərişi dərhal yerinə yetirir.

60.12. Mülki pilotsuz uçuş aparatı sisteminin istismarı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron portalı vasitəsilə həyata keçirilir.

 

About Author