XƏBƏRLENTİ

xeberlenti.com

İranda İsrail əleyhinə aksiya Fələstinə qarşı çevrildi –

Kərəc şəhərində ibtidai məktəbdə hökumət tərəfindən İsrailə qarşı təşkil edilən aksiya Təl-Əvivə dəstək aksiyasına çevrilib.

Bu barədə yerli sosial mediada videolar paylaşılıb.

Müəllimlərin “İsrailə ölüm” şüarlarına cavab olaraq yüzlərlə şagird “Fələstinə ölüm” şüarları səsləndiriblər.

Bildirilir ki, aksiya yarımçıq dayandırılıb, bir neçə şagird saxlanılıb, bəzi şagirdlərin valideynləri məktəbə çağırılıb.

About Author