Ağdaşda “Azəriqaz”ın əməkdaşı qəfil dünyasını dəyişib.
1975-ci il təvəllüdlü Əfqan Şirinov dünən səhhətindəki problemlə əlaqədar Ağdaş Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Bir qədər sonra o, qəflətən vəfat edib.
Xəstəxanadan bildirilib ki, Ə.Şirinov ürəktutma səbəbindən həyatını itirib.
Mərhumun yaxınları isə 48 yaşlı şəxsin ona vurulmuş antibiotik səbəbindən şoka düşərək vəfat etdiyini iddia edirlər.
Faktla bağlı araşdırma aparılır.