XƏBƏRLENTİ

xeberlenti.com

Qadınların cinsi zorakılığa məruz qalmasına görə 15 nəfər cinayət məsuliyyətinə cəlb edilib

Azərbaycanda 2022-ci ildə 15 nəfər qadının cinsi zorakılığa məruz qalması ilə bağlı təqsirləndirilən şəxslər cinayət məsuliyyətinə cəlb edilib.

Bu, bu gün Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında müzakirəyə çıxarılan “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2022-ci il üzrə Məlumatına əksini tapıb.

Qeyd edilib ki, 15 nəfər qadının (onlardan 1 nəfər 14 yaşına çatmamış, 2 nəfər 14-18 yaş aralığında, 12 nəfər 18 yaşdan yuxarı) cinsi zorakılığa məruz qalması ilə bağlı başlanılmış 14 cinayət işi üzrə istintaq aparılaraq təqsirləndirilən şəxslər cinayət məsuliyyətinə cəlb edilməsi təmin edilib.

About Author