XƏBƏRLENTİ

xeberlenti.com

Türkiyə vətəndaşları Qarabağda qəzaya düşdü, yaralılar var

Hadisə Daşburun-Yuxarı Qarabağ avtomobil yolunda baş verib.

Türkiyə vətəndaşı Murad Kavaklı idarə etdiyi “Mitsubishi L 200” markalı pikap hərəkətdə olan zaman idarəetməni itirib yeni tikilən beton su kanalına aşıb.

Nəticədə sürücü, sürücü və avtomobildə olan Türkiyə vətəndaşları –  1968-ci il təvəllüdlü Kamal Çelik, 1995-ci il təvəllüdlü Əmrə Bakıçı və Gəncə şəhər sakini 1992-ci il təvəllüdlü Emin Məmmədov xəsarət alıblar.

Yaralılar xəstəxanaya yerləşdirilib.

About Author