XƏBƏRLENTİ

xeberlenti.com

Qarakilsə rayon şəhidlərinin anım mərasimi keçirildi

12 noyabr 2023-cü il tarixində Saray qəsəbəsində Qərbi Azərbaycanın Zəngəzur mahalının Qarakilsə rayon şəhidlərinin anım günü keçirildi.Cəmi 13 kəndi olan Qarakilsə rayonu  65 şəhid verib.

Şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

Tədbir Qarakilsə icmasının sədri Nadir Qəhrəmanovun çıxışı ilə başladı.Tədbirdə Qərbi Azərbaycanın Zəngəzur mahalının ağsaqqalları,  şair,  publisist,  dramaturq , Əvəz Mahmud Lələdağ,  Tahir Quliyev çıxış etdi.

Anım günündə şəhid ailələri ,qazilər, ictimaiyyət və media nümayəndələri, iştirak edib.

About Author