XƏBƏRLENTİ

xeberlenti.com

ABŞ-ın keçmiş prezidenti Trampın bacısı evində ölü tapılıb

FILE - Members of the Trump family pose for pictures during the Marble Collegiate Church 2005 Gala Auction and Award ceremony, Wednesday, April 20, 2005, in New York. Vanessa Haydon, from left, Donald Trump Jr., Donald Trump, wife Melania Trump, Judge Maryanne Trump Barry, Elizabeth Trump Grau and husband James Grau. Barry, a former federal judge in New Jersey and Donald Trump's older sister, has died at the age of 86. (AP Photo/Jason Szenes, File)

ABŞ-ın keçmiş prezidenti Donald Trampın 86 yaşlı bacısı Meryanna Tramp Barri evində ölü tapılıb. Ölümün səbəbi ekspertizadan sonra məlum olacaq.

Manhettendə dələduzluq işi üzrə dinləmələrə gələn Trampın  oğlu Donald Tramp bibisinin ölümünü təsdiqləyib.  O, qeyd edib ki: “Bugün səhər bura gələndə bibim vəfat etdi”. ABŞ mətbuatında çıxan xəbərlərə görə, Meryanna Tramp Barri bazar ertəsi səhər Manhettendəki evində ölü tapılıb. Nyu York Polis Departamenti 86 yaşlı şəxsin çarpayısında huşsuz vəziyyətdə tapıldığını və daha sonra şəxsiyyətini təsdiqlədiyini açıqlayıb. Meryanna Tramp Barrinin səbəbi otopsidən sonra bəlli olacaq. Maryanne 1983-cü ildə ABŞ-ın o zamankı prezidenti Ronald Reyqan tərəfindən Nyu Cersi Rayon Məhkəməsinə hakim təyin edilib. Maryanne 2019-cu ildə təqaüdə çıxıb. ABŞ-ın keçmiş prezidenti Tramp hələ də bacısının ölümü ilə bağlı açıqlama verməyib.

About Author