XƏBƏRLENTİ

xeberlenti.com

Azərbaycan 3:0 İsveç | AÇ-2024, seçmə mərhələ | İCMAL

Azərbaycan milli komandası dünən tarixinin ən gözəl oyunlarından birini keçirdi .AVRO – 2024 ün seçmə mərhələsi çərçivəsində Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda qrupun favoritlərindən sayılan İsveç yığmasını qəbul edən millimiz 3-0 hesabı ilə qalib gələrək seçmə mərhələdə növbəti qələbəsini qazandı. Oyuna daha fəal başlayan millimiz qarşılaşmanın 3- cü dəqiqəsində hesabı açaraq stadiona toplaşan azarkeşləri sevindirdi. Renat Dadaşovun rəqibin cərimə meydançasında tətbiq etdiyi sıx pressinq nəticəsində komandamızın kapitanı Emin Mahmudov fərqlənir. Getdikcə hücumlarının kəsərliliyini artıran millimiz 8- ci dəqiqədə növbəti dəfə İsveç millisini meydanın mərkəzinə dəvət edir . Bu dəfə isə Renat Dadaşov özu qolun müəllfi oldu. Oyuna erkən qol ilə başlayan millimiz vaxt keçdikcə daha da təşəbbüsü ələ alırdı.1 ci hissə komandamızın 2 – 0 hesablı üstünlüyü ilə başa çatdı. Fasilədən sonra rəqib komanda hücumlarını artırmağa başladı. Oyunun 57- ci dəqiqəsində komandamızın müdafiəçisi Bəhlul Mustafazadə cərimə meydançasının yaxınlığında rəqib komandanın oyunçusuna qarşı qaydanı pozması səbəbindən qırmızı vərəqə ilə cəzalandırılaraq meydandan qovulur. Azlıqda mübarizə aparan millimiz rəqibin təhlükəli hucumlarının qarşısını alır hesab arasındaki fərqin azalmasına imkan vermirdi . Bütün parametrlərdə rəqibi üstələyən oyunçularımız oyunun sonlarına yaxın daha bir qol vuraraq hesab arasindaki fərqi 3 topa yüksəltdilər Bu dəfədə Emin Mahmudov möhtəşəm qolla komandamızın qələbəsində mühüm rol oynadı. Bu qələbə Azərbaycanın futbol tarixində qazandığı ən möhtəşəm qələbələrdən biridir .Bir çoxları bu qarşılaşmada millimizdən belə bir oyun gözləmirdi bəlkədə, amma ən azı xarakterli oyun əzmkar mübarizə azarkeşlərin milli komandadan əsas gözləntisi idi . Bunu da etdilər. Futbolçularımız meydanda böyük əzmlə mübarizə apararaq 3 xalı qazandılar. 3 gün sonra millimizi Belçikada ağır səfər oyunu gözləyir . Bu oyunda millimizə uğurlar arzulayır qalibiyyətlərinin davamını diləyirik .

Ramiz Məmmədov

 

About Author