XƏBƏRLENTİ

xeberlenti.com

Sahibə Qafarova MDB Parlamentlərarası Assambleyanın Şura iclasında iştirak edib

Qırğız Respublikasının paytaxtı Bişkek şəhərində MDB Parlamentlərarası Assambleyasının (MDB PA) Şura iclası keçirilib.

Milli Məclisin Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsindən verilən məlumata görə, iclasda bir sıra təşkilati və gündəlikdə duran məsələlərlə bağlı müzakirələr aparılıb.

Tədbirdə, həmçinin, Qırğız Respublikası Joqorku Keneşinin sədri Nurlanbek Şakiyev, Belarus parlamentinin spikeri Natalya Koçanova, Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova, o cümlədən təşkilata üzv ölkələrin bəzi parlament təmsilçiləri MDB PA tərəfindən təltif ediliblər.

About Author