Bu gün Ağdam Şəhəri Günüdür.
Xeberlenti.com -un xəbərinə görə, ilk dəfədir ki, Ağdam Şəhəri Günü qeyd olunur.
Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il noyabrın 20-i Ağdam Şəhəri Günü olacaq.
Bu əlamətdar günün təsis olunması Ağdam şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır. Bu gün – noyabrın 20-si şəhərin erməni işğalçılarından təmizlənməsindən üç il ötür.