XƏBƏRLENTİ

xeberlenti.com

Dominikan Respublikası: Fırtınadan sonra ən azı 21 nəfər ölüb

Dominikan Respublikasında həftəsonu yağan leysan yağışlar nəticəsində ən azı 21 nəfər ölüb, minlərlə sakin didərgin düşüb. Paytaxt Santo Dominqoda leysan yağışın magistral tunelin divarının uçmasına səbəb olması nəticəsində 9 nəfərin ölməsi ilə bağlı istintaq başladılıb. Güclü leysandan sonra 13 mindən çox insan təhlükəsiz ərazilərə təxliyə edilib.

Fövqəladə Əməliyyatlar Mərkəzi yağışın elektrik enerjisinin kəsilməsinə, körpü və yollara ziyan vurduğunu bildirib.

Ölənlər arasında 3 uşaq da var. Dominikan prezidenti Luis Abinader son 48 saat ərzində baş verən leysan fırtınalarından sonra bunu ölkə tarixində “ən böyük yağış hadisəsi” adlandırıb.

Bununla bağlı sosial şəbəkələrdə küçələrdən axan su selinin nəqliyyat vasitələrini yuyub apardığını əks etdirən görüntülər paylaşılıb.

About Author