XƏBƏRLENTİ

xeberlenti.com

Rusiyanın Kemerovo vilayətinin keçmiş qubernatoru Aman Tuleyev 79 yaşında vəfat edib

Rusiyanın Kemerovo vilayətinin keçmiş qubernatoru Aman Tuleyev 79 yaşında dünyasını dəyişib.

“1997-2018-ci illərdə Kemerovo vilayətinin qubernatoru vəzifəsində çalışmış Aman Tuleyev vəfat edib. Parlaq və diqqətəlayiq şəxsiyyət, o, bütün həyatını Kuzbasa və Rusiyaya həsr edib. Onun ölümü dəhşətli itkidir”, – Tsivilyov “VKontakte” sosial şəbəkəsində yazıb.

Tuleyev 21 ilə yaxın Kemerovo vilayətinə rəhbərlik edib. Rusiya prezidenti Vladimir Putin onun istefasını 2018-ci il aprelin 1-də qəbul edib.2018-ci il sentyabrın 17-də Tuleyev Kuzbass Regional Peşə Təhsilinin İnkişafı İnstitutunun sədri olub.

About Author