XƏBƏRLENTİ

xeberlenti.com

“Mədəniyyət və Yaradıcı Sənayelər Sərgisi” keçiriləcək

*“Mədəniyyət və Yaradıcı Sənayelər Sərgisi” keçiriləcək*

“Yaradıcı Həftə” çərçivəsində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 28-30 noyabr tarixlərində Heydər Əliyev Mərkəzində kreativ məhsulların və yaradıcı sənaye nümayəndələrinin fəaliyyətinin tanıdılması məqsədilə “Mədəniyyət və Yaradıcı Sənayelər Sərgisi” (MY EXPO 2023) keçiriləcək.
Sərgi kino, animasiya, musiqi, cultech (mədəniyyət sahəsində startaplar), gametech (oyun texnologiyaları), dəb, dizayn kimi yaradıcı klasterləri, eləcə də yaradıcı məkan və regionları bir araya gətirəcək.
Qeyd edək ki, həmin tarixlərdə Heydər Əliyev Mərkəzində “Mədəniyyət və Yaradıcı Sənayelər Forumu” təşkil olunacaq.

About Author