XƏBƏRLENTİ

xeberlenti.com

24-25 noyabr 2023-cü il tarixində Akademik Zərifə Əliyevanın anadan olmasının 100 illik yubileyinə həsr olunmuş Azərbaycan Gənc Oftalmoloqların XV konfransı və Azərbaycan Gənc Oftalmoloqların I Forumu keçirildi.

24-25 noyabr 2023-cü il tarixində Akademik Zərifə Əliyevanın anadan olmasının 100 illik yubileyinə həsr olunmuş Azərbaycan Gənc Oftalmoloqların XV konfransı və Azərbaycan Gənc Oftalmoloqların I Forumu keçirildi.
Bu barədə Xeberlenti.com -a Sağlamlığın Qorunması” İctimai Birliyinin sədri, t.ü.f.d. Yazgül Abdıyeva bildirib.
Qeyd edim ki, bu konfransın keçirilməsində məqsəd oftalmologiyada baş verən yeniliklərdən danışmaq, gənc kadrların bu yenilik və nailiyyətlərdən məlumatlanması və onlara dəstək olmaqdan ibarətdir.
Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədri, Akad. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, AMEA-nın müxbir üzvü, Əməkdar Elm Xadimi, hörmətli prof. Elmar Qasımovun oftalmologiya sahəsinin inkişafı və yüksəlişi üçün gördüyü işlər, gənc kadrların peşəkarlığının artırılmasına dəstəyi danılmazdır.
Azərbaycan oftalmologiyası öz inkişaf dövrünü yaşayır. Mütəmadi keçirilən yerli və beynəlxalq konfranslarımız buna nümunədir.
Gənc Oftalmoloqlar Komitəsinin sədri, t.ü.f.d. Mirana Mirişova, Komitənin koordinatoru dr. Emin Əlihüseynli və Komitənin İdarə Heyəti adından mənə, təşəkkürnamə təqdim edildiyi üçün öz minnətdarlığımı bildirirəm.
Tədbir çox yüksək səviyyədə keçirildi.Emin doktoru ,Mirana Mirishova xanımı və gənc oftalmoloqları təbrik edirəm.Yaradıcı gənclərimiz sərbəst beynəlxalq tədbir təşkil etdilər .
Uğurlar.Sizlərlə fəxr edirik🇦🇿

About Author