XƏBƏRLENTİ

xeberlenti.com

ANAMA: Antiterror əməliyyatı aparılan ərazilərdə xeyli tələ-mina aşkarlanıb

Antiterror əməliyyatından sonra ANAMA həmin ərazilərdə aparılan fəaliyyətə qoşulub.

Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib.

O bildirib ki, digər qurumlarla birgə ANAMA da əməliyyatlarda iştirak edir: “Həmin ərazilərdə xeyli sayda tələ-mina, partlayıcı quruğular yerləşdirilib. Onlar ANAMA tərəfindən zərərsizləşdirilib”.

About Author