XƏBƏRLENTİ

xeberlenti.com

Qəzzada müvəqqəti atəşkəs: İsrail-Həmas danışıqlarından sonra2 gün daha uzatma qərarı çıxarıldı

Qəzzada 4 günlük müvəqqəti atəşkəsin son günündə keçirilən vasitəçilərin görüşləri onun daha 2 gün uzadılması qərarı ilə nəticələnib. Qətər tərəfi İsrail və HƏMAS arasında müvəqqəti humanitar atəşkəsin daha iki gün uzadıldığını açıqlayıb. Cümə günü başlayan ilk dörd günlük müvəqqəti atəşkəsin bu gün gecə yarısı başa çatacağı gözlənilirdi.İsrail administrasiyası HƏMAS-a müddəti bu gün başa çatan atəşkəsin uzadılması üçün seçim təklif etdiyini açıqlayıb. Cümə günü qüvvəyə minən ilk 4 günlük atəşkəs və girov mübadiləsi razılaşması sayəsində Qəzzada girovlar və İsrail həbsxanalarındakı bəzi məhbuslar azad edilib və təcili yardımların Qəzzaya daxil olmasına icazə verilib. HƏMAS 14-ü İsrail vətəndaşı olmaqla, 17 girovu azad edib. Girovların çoxu birbaşa İsrailə, qalanları isə Misir vasitəsilə yola salınıb.

About Author