Bakıda 195 saylı məktəbdə qızılcaya yoluxan bir şagird vəfat edib.
Bu barədə məktəbin müəllimi Aynur Cavid bildirib.
“Məktəbin 4-cü sinfində təhsil alan Rinat ailənin tək övladıdır. Dünən gecə saatlarında yüksək temperaturla həyatını itirib”, – deyə Aynur Cavid əlavə edib.
Rayon GEN-i bununla bağlı araşdırmaya başlayıb.
Daha əvvəl Kürdəmirdə 4 yaşlı qızılcaya yoluxan uşaq keçinib.