XƏBƏRLENTİ

xeberlenti.com

Qəzzadan daha 114 xəstə müalicə üçün Türkiyəyə gətirilib

Dekabrın 8-də Qəzzadan daha 114 xəstə və 86 xəstə yaxını müalicə üçün Türkiyəyə gətirilib.

Xeberlenti.com xəbər verir ki, bunu səhiyyə naziri Fahrettin Koca deyib.

Nazir Türkiyəyə yeni xəstələrin gətirilməsi üçün İsrail, Misir və Türkiyə heyətlərindən ibarət koordinasiya qrupunun danışıqları davam etdirildiyini bildirib.

Gətirilən xəstələrdən 26-ı uşaqdır. Qəzzadan Türkiyəyə təxliyə edilənlərdən yeddi nəfərin müalicəsi hazırda reanimasiya şöbəsində davam etdirilir, iki nəfərin həyatını isə xilas etmək mümkün olmayıb.

İsrail və Misir səhiyyə nazirləri ilə telefon danışıqlarının olduğunu qeyd edən nazir bölgəyə daxil olması üçün icazəsi alınmış 20 ambulansın sərhəddə gözlədiyini, əsas məqsədin səhra xəstəxanasını ən qısa zamanda açmaq olduğunu deyib.

About Author