XƏBƏRLENTİ

xeberlenti.com

Prezident Moldovaya yeni səfir təyin edib

Ülvi Vaqif oğlu Baxşəliyev Azərbaycan Respublikasının Moldova Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Xeberlenti.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidenti Sərəncam imzalayıb.

Qeyd edək ki, Prezidentin digər sərəncamı ilə Ülvi Baxşəliyev Azərbaycan Respublikasının Belarus Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

About Author