XƏBƏRLENTİ

xeberlenti.com

“Qarabağ”ın “Hekken” üzərində qələbəsi

Dünən Azərbaycan futbol tarixində çox əlamətdar hadisə ilə yadda qaldı. UEFA Avropa liqasındakı yeganə təmsilçimiz Qarabağ qrup mərhələsinin son turu çərçivəsində keçirdiyi növbəti qarşılaşmasında, İsveç təmsilçisi “Hakkeni ” məğlub edərək tarixində ilk dəfə Avropa liqasının play- off mərhələsinə vəsiqə qazandı. Tofiq Bəhrəmov adına Respublika stadionunda keçirilən qarşılaşma təmsilçimizin 2 – 1 hesablı qələbəsi ilə başa çatdı. Oyuna daha fəal başlayan komandamız erkən qolla stadiona toplaşan azarkeşlərimizi sevindirdi.

Qarşılaşmanın 1 ci dəqiqəsində Leandro Andrade rəqibin qapısının  ötürmə zamanı səhvindən yaralanaraq hesabı açdı. Oyunu sonrakı dəqiqələrində daha da təzyiqi artıran komandamız  bir neçə dəfə rəqib qapısı qarşısında təhlükəli vəziyyətlər yaratdı. Qarşılaşmada getdikcə  üstünlüyü ələ alan təmsilçimiz oyunun 1 – ci hissəsinin əsas vaxtına əlavə olunmuş 3- cü dəqiqədə hesab arasındakı fərqi 2 topa çatdırdı. Bu dəfə Yassin Benzia cərimə meydançası daxilində baxımlı qol ilə fərqlənərək komandamızın üstünlüyünü daha da möhkəmləndirdi. İlk hissə bu hesabla başa çatdı.İkinci hissə təmsilçimiz üçün o qədər də yaxşı başlamadı. 55 ci dəqiqədə komandamızın oyunçusu Marko Veşoviç top uğrunda mübarizədə rəqibin ayağına  zərbə endirməsi onun sarı vərəqə ilə cəzalanmasına səbəb olsada, epizodu yenidən izləyən baş hakim bu dəfə ona qırmızı vərəqə göstərərək komandamızın azlıqda oynamasına səbəb olur. 10 nəfərlə oynayan Qarabağ rəqibin təhlükəli əks – hücumları qarşısında etibarlı müdafiə olunaraq hesab arasındakı fərqi qoruyub saxlamağa çalışırdı . Oyunun sonlarına yaxın təzyiqi daha da artıran İsveç təmsilçisi əsas hissəyə əlavə olunmuş 4 çü dəqiqədə hesab arasındakı fərqi azaltdı. Komandamızın oyunçusu Bədavi Hüseynov avtoqola imza ataraq hesabın dəyişməsinə  səbəb oldu. Qarşılaşma bu hesabla başa çatdı Qarabağ bu nəticə ilə növbəti dəfə Avroliqa tarixində ən parlaq nailiyyətlərindən birinin qazandı. Qarabağın play-off mərhələsindəki rəqiblərinin adına bazar ertəsi günü keçiriləcək püşkatma mərasimindən sonra aydınlıq gələcək. Komandamızın potensial rəqibləri içərisində ” MİLAN” (İtaliya), “Len’s” (Fransa) “Benfika” ( Portuqaliya) kimi dünya futbol tarixində bir çox uğurlara imza atmış komandalar vardır. Püşkün nəticəsindən asılı olmayaraq təmsilçimizə play – off mərhələsində uğurlar arzulayırıq.

Ramiz Məmmədov

About Author