XƏBƏRLENTİ

xeberlenti.com

Balakəndə AĞIR QƏZA: 5 nəfər yaralandı

Xeberlenti.com  xəbər verir ki, hadisə Balakən-Qabaqçöl avtomobil yolunun Talalar kəndi ərazisindən keçən hissəsində baş verib. Qaysa kənd sakini Ramazan Çopsiyevin idarə etdiyi “VAZ-2107” və Ramazan Qalayçiyevin idarə etdiyi “Daewo” markalı avtomobillər toqquşub.
Yol-nəqiyyat hadisəsi nəticəsində hər iki sürücü, eləcə də “VAZ”-dakı sərnişin, 27 yaşlı Seymur Qarakişiyev və “Daewo” markalı avtomobildə olan sərnişinlər – 70 yaşlı Məmmədrəsul Çovxayev, 47 yaşlı Bahar Cindarova xəsarət alıblar.

R.Qalayçiyev və M.Çovxayevin xəstəxanada stasionar qaydada müalicələri davam etdirilir, digər şəxslərə isə  ilkin tibbi yardım göstərilərək evə buraxılıblar.

About Author