XƏBƏRLENTİ

xeberlenti.com

Fövqəladə Hallar Nazirliyinin işçiləri peşə bayramını qeyd edirlər

Bu gün FHN əməkdaşları təbii və texnogen xarakterli fövqəladə halların qarşısının alınmasında böyük fədakarlıq göstərir
Bakı, 16 dekabr, AZƏRTAC
Dekabrın 16-sı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi (FHN) işçilərinin peşə bayramı günüdür.
Xeberlenti.com xəbər verir ki, bu gün FHN-in yaradılmasının 18-ci ildönümüdür.
Belə ki, Prezident İlham Əliyev 2005-ci il dekabrın 16-da Fövqəladə Hallar Nazirliyinin yaradılması haqqında Sərəncam imzalayıb.
Nazirlik ölkədə təbii və texnogen xarakterli fövqəladə halların vaxtında xəbərdar edilməsi, nəticələrinin çevik və səmərəli şəkildə aradan qaldırılması işinin vahid mərkəzdən idarə olunması məqsədilə yaradılıb. Beləliklə, fəlakətlərlə mübarizə işinin təşkilinə dövlət səviyyəsində sistemli yanaşmada yeni bir mərhələnin əsası qoyulub. Dövlətimizin başçısının 2006-cı il 8 dekabr tarixli Sərəncamına əsasən isə hər il dekabrın 16-sı ölkəmizdə FHN işçilərinin peşə bayramı günü kimi qeyd edilir.

About Author