“Heç bir məhdudiyyət yoxdursa, müraciət edən vətəndaş ölkə prezidenti kimi seçkilərdə iddiaçı qismində iştirak edə bilər”.
Xeberlenti.com xəbər verir ki, bu fikirləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov AZTV-nin efirində səsləndirib.
O bildirib ki, seçki məcəlləsinin tələbinə görə, müraciətlərə beş gün müddətində baxılır:
“Bu müddət ərzində namizədin sənədləri araşdırılır, uyğundursa təsdiq olunur”.