XƏBƏRLENTİ

xeberlenti.com

Sumqayıtda qəza: Polis öldü

Dekabrın 16-da saat 23 radələrində Sumqayıt şəhəri 13-cü mikrorayon ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
DİN-in mətbuat xidmətindən  bildirilib ki, KİA və BMW markalı avtomobillər toqquşub.
Nəticədə BMW markalı şəxsi avtomobildə sərnişin olan polis nəfəri 1990-ci il təvəllüdlü Sadıqov İlqar hadisə yerində həyatını itirib. Avtomobillərin sürücüləri xəstəxanaya yerləşdirilib.

About Author