XƏBƏRLENTİ

xeberlenti.com

Tanınmış alim Rəşid Təhməzoğlu vəfat etdi – FOTO

Azərbaycan elminə ağıt itki verib.

Azərbaycan milli Elmlər Akademiyasının Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent, şair-publisist Rəşid Təhməzoğlu (Quliyev) dünyasını dəyişib. Onun 84 yaşı olub.

Qeyd edək ki, R.Quliyev 30 may 1939-cu ildə Zəngəzur mahalının Qafan bölgəsinin Yuxarı Girətağ kəndində anadan olub. O, Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirib. Alimin 82 elmi əsərindən 35-i xaricdə çap olunub.

Rəşid Təhməzoğlu həm də poetik maraq dairəsi çox geniş olan çağdaş poeziyamızın tanınmış simalarından biri idi.

 

Allah rəmət eləsin

About Author