2023-cü ildə olduğu kimi 2024-cü ildə də Azərbaycan Mərkəzi Bankı (AMB) pul siyasətinə səkkiz dəfə baxmağı planlaşdırır.
Bu barədə AMB xəbər yayıb.
Məlumata görə, AMB-nin pul siyasəti qərarları ictimaiyyətə yanvarın 31-də, martın 28-də, mayın 1-də, iyunun 21-də, iyulun 31-də, sentyabrın 18-də, oktyabrın 30-da və dekabrın 18-də açıqlanacaq.
Qərarlardan dördünü qurumun sədri Taleh Kazımov mətbuat konfransında açıqlayacaq. Media nümayəndələri ilə görüşlər yanvar, may, iyul və oktyabr aylarına nəzərdə tutulub.