XƏBƏRLENTİ

xeberlenti.com

Azərbaycan bankları 11 ayda “Blomberg” platformasında 2 313 əqd bağlayıb  

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan bankları “Blomberg” platformasında milli valyutada 27,4 milyard manat məbləğində 2 313 təminatsız əqd bağlayıb.
Xeberlenti.com xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) 2024-cü il üçün pul siyasətinin əsas istiqamətləri barədə Bəyanatında bildirilir.
“Bu dövrdə banklararası REPO bazarında 4,5 milyard manat məbləğində 1 215 əqd bağlanılıb. Monetar sferada həyata keçirilən islahatlar banklara likvidliyi daha effektiv idarə etməyə, banklararası bazarda aktivliyə və gəlirlilik əyrisinin formalaşdırılmasına müsbət təsir edib”, – deyə Bəyanatda qeyd olunub.

About Author