XƏBƏRLENTİ

xeberlenti.com

İranın Suriyadakı qərargah vuruldu – Ölənlər var

İsrail Hərbi Hava Qüvvələri iranlı müşavirlərin qərargahının yerləşdiyi Suriyanın Seyidə Zeynəb ətrafına hücum edib.

TASS xəbər verir ki, hərbi obyektə üç raket zərbəsi endirilib.

Raket zərbələrinin hədəfi, həmçinin, Dəməşqin Əqraba bölgəsindəki fermalardan birində yerləşən şiə döyüşçülərin düşərgəsi olub.

“Tasnim” xəbər agentliyi zərbələr nəticəsində iki nəfərin öldüyünü, bir neçə nəfərin xəsarət aldığını bildirir.

Vəli Həsənov

About Author