XƏBƏRLENTİ

xeberlenti.com

Putinin Türkiyə səfərinin tarixi AÇIQLANDI

Rusiya prezidenti Vladimir Putinin köməkçisi Yuri Uşakov bildirib ki, hazırda onun Türkiyəyə fevralda baş tutacaq səfərinə hazırlıq gedir.

“Kommersant”  xəbər verir ki, Uşakovun sözlərinə görə, Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında danışıqların əsas mövzusu Ukraynadakı hərbi münaqişə zonasındakı vəziyyət olacaq.

“Bəli, səfər həqiqətən hazırlanır. Deyə bilərəm ki, Ukrayna məsələləri, yəqin ki, danışıqların əsas mövzularından biri olacaq”, – deyə Uşakov jurnalistlərə bildirib.

Putin 2023-cü il dekabrın 14-də birbaşa xətt üzrə Türkiyəyə planlaşdırılan səfərindən danışıb. Elə həmin ay Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov prezidentin səfərinin gündəmdə olduğunu, lakin dəqiq tarixlərin olmadığını söyləyib.

2024-cü il yanvarın 5-də Rəcəb Tayyib Ərdoğan ilə Ukrayna prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub. Ərdoğan bir daha vasitəçi olmağa və Ukrayna ərazisində əməliyyatların dayandırılması ilə bağlı danışıqlara hazır olduğunu bəyan edib.

About Author