XƏBƏRLENTİ

xeberlenti.com

Tərtərdə yanğın baş verib

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Tərtər rayonunun Mamırlı kəndi ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN Mətbuat xidmətindən verilən məlumata görə, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Tərtər rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri çağırış üzrə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində açıq ərazidə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində 2,5 ha sahədə quru ot yanıb. Yaxınlıqdakı məktəb binası və ağaclar yanğından mühafizə olunub.

About Author