XƏBƏRLENTİ

xeberlenti.com

Aİ kömür enerjisinin 80 %-ni atom elektrik stansiyaları və külək enerjisi ilə əvəz etmək niyyətindədir

Avropa Komissiyası Aİ-yə 2040-cı ilə qədər istixana qazı emissiyalarını 90 % azaltmağı tövsiyə edib. Bunun o cümlədən bərpa olunan enerji mənbələrinin və nüvə enerjisi texnologiyalarının geniş tətbiqi yolu ilə həyata keçirilməsi gözlənilir.
2040-cı il üçün yeni hədəf Avropanın enerji balansını dəyişəcək.
Kömür enerjisi mərhələli şəkildə istismardan çıxarılacaq və ümumi mədən yanacağı istifadəsi 80 % azalacaq. Onu günəş, külək və atom elektrik stansiyaları əvəz edəcək.
Avropa Komissiyası həmçinin 2050-ci ilə qədər yüz milyonlarla ton CO2 emissiyasının tutulması və saxlanması planlarını əks etdirən sənəd dərc edib.

About Author