XƏBƏRLENTİ

xeberlenti.com

Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq

“Bloomberg” agentliyinin aylıq istisadi analitik hesabatında qeyd edilib ki, ABŞ-ın milli daxili məhsulu dinamik inkişaf mərhələsinə qədəm qoyub və Amerika bu göstəriciyə görə Çini üstələyib. Bu o deməkdir ki, Vaşinqton Pekinlə iqtisadi və maliyyə rəqabətində önə çıxmağa başlayıb.

Beynəlxalq Valyuta Fondu ABŞ-ın ötən il milli daxili məhsulunun 6.3 fazi artdığını qeydə alıb, Çində bu rəqəm isə 4.3 faizdir. Bununla ABŞ dünyanın bir nömrəli iqtisadi gücü olduğunu sübut edib.

Çin lideri Tsi Cinpin Rusiya lideri Vladimir Putinlə birgə çoxqütblü dünya formalaşdırmağa çalışır. Ona görə də ABŞ iqtisadiyyatının gücünü bir daha təsdiq etməsi Pekin- Moskva cütlüyü üçün pis xəbərdir. 2018-ci ildən ABŞ-la Çin arasında ticarət müharibələri davam edir. Bir qrup ekspert bu mübarizəni kaptilaizmlə kommunizm arasındakı qarşıdurma kimi qiymətləndirir, tərəflərdən heç biri məğlub olmaq istəmir.

Bu arada, nüfuzlu “Wall Street Journal” dərgisində Çinin dünya ticarətinə yeni təhlükə yaratdığı barədə məqalə yayımlanıb. Çin ixrac etdiyi məhsulların həcmini artıracaq. Bunu yeni “Çin şoku” adlandırıblar. Bu yaxın tarixdə bir dəfə baş verib. Çin 1990-2000-ci illər arasında müxtəlif ölkələri ucuz məhsulları ilə “tanış” edib. Bu Çinin Dünya Ticarət Tışkilatına üzv olmasından sonra baş verib. Bunun nəticəsində bəzi ölkələrdə yerli müəssisələr bağlandı. Misal üçün ABŞ-da 1999-2011-ci illər arasında 2 milyon iş yeri itirildi. Çin məhsulları ucuz olduğundan rəqabət aparmaq çətin idi.

Çin yenidən ixracatı canlandırmaq qərarına gəlib. Pekin bu yolla Çində artan inflyasiyanın və iqtisadi artımın zəifləməsinin qarşısını almağı hədəfləyib. Çin bu dəfə müxtəlif ölkələrə texnoloji məhsulların ixracatını artıracaq. Bu Qərb ölkələri üçün yeni problemlər yaradacaq.

Buna baxmayaraq, bir qrup istisadi ekspertin fikrincə, Pekinin ixracatı artırmaq qərarı Çin iqtisadiyyatını böhrandan çıxarmaya da bilər. Çin iqtisadiyyatı 40 il ərzində davamlı inkişaf tempi göstərib. Hazırda Çin inkişafın səngiməsi dövrünü yaşayır. Pekin illər boyu zavodların, hündürmərtəbəli binaların, yolların tikintisinə böyük yatırımlar həyata keçirib. Bunun sayəsində Çin kasıb dövlətdən inkişaf edən dövlətə çevrilib. Ancaq bu sadə model artıq işləmir, dövlətin daxili borcları artıb və bu vəziyyətdən çıxış imkanları hələ tapılmayıb.

“Atlas” Araşdırmalar Mərkəzi

About Author