Beynəlxalq Cinayət Məhkəməsi (BCM) Rusiyanın uzaqmənzilli aviasiya komandiri general-leytenant Sergey Kobylaş və Rusiya Qara dəniz donanmasının komandanı admiral Viktor Sokolovun həbsinə order verib.
APA TASS-a istinadən xəbər verir ki, bu barədə məhkəmənin press-relizində deyilir.
Sənəddə iddia edilir ki, hər iki şəxs Ukraynadakı münaqişə kontekstində törədilmiş hərbi cinayətlərə və insanlığa qarşı cinayətlərə görə məsuliyyət daşıyır.