XƏBƏRLENTİ

xeberlenti.com

“Kurtlar Vadisi”nin aktyoru Lerikdə – FOTO

Türkiyənin “Kurtlar vadisi” filmində Güllü obrazını canlandıran məşhur aktyor Erhan Ufak Lerik rayonuna qonaq gəlib.

Lerik camaatı Erhan bəyi çox gözəl qarşılayaraq Azərbaycanımızın gəzməli, görməli yerlərini böyük sevgi və sevinc ilə ona göstəriblər.

Dəyərli türk sənətkarımızın Azərbaycana bu gəlişi ilk dəfə deyil. Erhan bəy hər gəlişində Azərbaycanın müxtəlif bölgələrini “Ömür” travel şirkətinin rəhbəri Rafael Dostəliyev və onun mehriban kollektivi ilə qarış-qarış gəzir və həmin rayonların adət-ənənəsi ilə tanış olur. Ən maraqlısı isə odur ki, Erhan bəy hər gəlişində Azərbaycanda uşaq və gənclərə aktyorluq dərslərini keçir və bu yolla getmək istəyən şəxslərdən öz məsləhətlərini əsirgəmir. Biz də öz kollektivimiz adından uşaq və gənclərə inkişaf etməkdə dəstək olan Rafael və Erhan kimi insanlara öz təşəkkürümüzü bildiririk.

 

Cəmilə Vasifqızı

About Author