XƏBƏRLENTİ

xeberlenti.com

Zorlamada ittiham olunan Tramp 92 milyon dollar pul ödədi

 

ABŞ-nin keçmiş prezidenti Donald Tramp onu zorlama və böhtanda ittiham edən yazıçı Elizabet Karrollun xeyrinə təxminən 91,6 milyon dollar girov ödəyib.

Əgər qadının şikayəti təmin olunarsa, bu məbləğ ona kompensasiya ödəməyə kifayət edəcək.

Eyni zamanda, əgər Tramp bu işdə qalib gələrsə onun pulu özünə qaytarılacaq.

Qeyd edək ki, Tramp 2024-cü ilin noyabrında keçiriləcək prezident seçkisində iştirak etmək niyyətindədir. (Mənbə: iz.ru)

About Author