XƏBƏRLENTİ

xeberlenti.com

“Boğazınızı üzəcəyik, polis bizi tuta bilməz” – DİN Bakı məktəblilərini hədələyənlərlə bağlı HƏRƏKƏTƏ KEÇDİ

Bakıda məktəbliləri təhdid edən qrup peyda olub.

“Teleqram”da “Халифат Азeрбайджан” adlı qrupun paylaşımları valideynlər arasında təşviş yaradıb.

Belə ki, həmin qrup sözügedən platformadan ismarışlar ötürərək məktəblərə basqın edəcəklərini, şagirdləri öldürəcəklərini bildiriblər: “16, 18, 61, 56, 6, 1, 203, 27, 55, 9, 90, 177, 42, 165, 23, 35, 207 saylı məktəblərdə uşaqlar güllələnəcək. Biz beş, ya da 25 nəfər ola bilərik. Polis bizi tuta bilməz. Sizin boğazınızı üzəcəyik, öz məktəblərinizdə məhv olacaqsınız” – deyə, mesajda bildirilir.

DİN mətbuat xidmətindən bildirilib ki, məsələ dərhal nəzarətə götürülüb və araşdırılır.

About Author