XƏBƏRLENTİ

xeberlenti.com

Moskvadakı terrordan sonra Fransa hərəkətə keçdi

Fransa Moskvadakı terror aktından sonra terror təhlükəsi səviyyəsini ən yüksəyə qaldırıb.

Xeberlenti.com xəbər verir ki , bu  barədə Fransanın Baş naziri Qabriel Attal məlumat verib.

O, ictimaiyyəti ayıq-sayıq olmağa və şübhəli hər şeyi səlahiyyətlilərə məlumat verməyə çağırıb.

Fransada terror təhlükəsinin ən yüksək səviyyəyə yüksəldilməsi aşağıdakı addımları nəzərdə tutur:

– İctimai binaların və obyektlərin təhlükəsizliyinin artırılması

– İctimai nəqliyyatda və kritik infrastrukturlarda daha sərt təhlükəsizlik nəzarəti

– Təhlükəsizlik qüvvələri küçələrdə daha çox görünür

– İctimaiyyət ayıq-sayıq olmalı və hər hansı şübhəli halı səlahiyyətlilərə bildirməlidir.

About Author