XƏBƏRLENTİ

xeberlenti.com

Şəmkirdə 17 yaşlı yeniyetmə atasının maşınını aşırıb, ölən var

Şəmkirdə 17 yaşlı yeniyetmə atasının maşınını aşırıb.

Hadisə Yeni həyat kəndində qeydə alınıb.

 

2007-ci il təvəllüdlü Ayxan Amasov sürücülük hüququ olmadan atasına məxsus “VAZ 21 012″markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil aşıb. Qəzada Ayxan Amasov, sərnişinlər – 2009-cu il təvəllüdlü Turxan Alıyev və 1998-ci il təvəllüdlü Orxan Alıyev xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq Orxan Əliyev orada ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

About Author