XƏBƏRLENTİ

xeberlenti.com

Avroviziya 2024” şərhçimiz bəlli oldu

Xeberlenti.com  xəbər verir ki, “Avroviziya 2024” beynəlxalq mahnı müsabiqəsinin Azərbaycandan builki şərhiçisinin kimliyi açıqlanıb.

İctimai Televiziya və Radio Yayımları Şirkətinin mətbuat xidmətindən Musavat.com-a verilən məlumata görə, yarışmada şərhçi tanınmış televiziya və radio aparıcısı Nurlana Cəfərova olacaq. O, şounun bütün mərhələlərini İctimai Televiziyanın efirindən şərh edəcək.

Xatırladaq ki, İsveçin Malmö şəhərində keçiriləcək “Avroviziya-2024” mahnı müsabiqəsinin yarımfinal mərhələləri bu il mayın 7-si və 9-u, final mərhələsi isə mayın 11-də baş tutacaq. Püşkatma nəticəsində Azərbaycan bu il 1-ci yarımfinalda çıxış edəcək.

Müsabiqədə Azərbaycanı “Özünlə apar” mahnısı ilə müğənni Fəxri İsmayılov – Fahree və muğam ifaçısı İlkin Dövlətov təmsil edəcəklər.

About Author