XƏBƏRLENTİ

xeberlenti.com

Qərbi Azərbaycan icmasının Nizami rayon nümayəndəliyi aprel döyüşlərində şəhid olmuşların ailələri ilə görüşüb

08.04.2024. Qərbi Azərbaycan icmasının Nizami rayon nümayəndəliyi aprel döyüşlərində şəhid olmuşların ailələri ilə görüşmüşdür.Görüşdə Qərbi Azerbaycan İcmasınin nümayəndəsi Xəqani Səfərov, ağsaqqallardan Siyavuş Əsgərov,Yəhya Səfərov,gənclərdən Ofelya Musazadə, Qərbi Azerbaycan İcmasınin fəalı Könül Vəliyeva iştirak edərək şəhid ailələrinin dərdlərinə şərik oldular. Onlarla xatirələrini bölüşüblər. Ramazan bayramı münasibətilə şəhid ailələrinin ehtiyacları ödənilərək onlara lazımlı sovqatları verildi. Görüş zamanı onlar mütəmadi olaraq dövlət qayğısı ilə əhatə olunduqlarıni qeyd etdilər, onlara göstərilən diqqət və qayğıya, maddi mənəvi dəstəyə görə dövlət başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.

About Author