XƏBƏRLENTİ

xeberlenti.com

Goranboyda avtomobillər toqquşub, xəsarət alanlar var 

Naftalan-Səfıkürd yolunun Goranboy rayon ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.
Xeberlenti.com Report- a istinadən xəbər verir ki,  2 “VAZ” markalı avtomobilin toqquşması nəticəsində 1987-ci il təvəllüdlü Ə.Əsgərov və 1989-cu il təvəllüdlü C.İsmayılov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Zərərçəkənlər xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.

About Author