XƏBƏRLENTİ

xeberlenti.com

Sabah paytaxtda 21 dərəcə isti olacaq

Bakıda və Abşeronda hava əsasən yağmursuz keçəcək, gecə 7-12° isti, gündüz 16-21° isti təşkil edəcək.

Respublikanın bölgələrində şimşək çaxacağı, dolu düşəcəyi, axşam ayrı-ayrı yerlərdə yağıntıların intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Havanın temperaturu gecə 8-13° isti, gündüz 20-25° isti, dağlarda gecə 2-6° isti, gündüz 6-10° isti proqnozlaşdırılır.

Bəzi yerlərdə arabir duman müşahidə ediləcək.

About Author