XƏBƏRLENTİ

xeberlenti.com

Narkotikdən yaranan davranış pozuntularına görə dispanser nəzarətində olanların sayı açıqlanıb

Ötən il qəbul olunmuş yeni statistik hesabat formasına uyğun olaraq Səhiyyə Nazirliyi tərəfindən təqdim edilmiş məlumata əsasən, 2023-cü il dekabrın 31-də Azərbaycan üzrə narkomaniya, narkotik maddələrin qəbulundan yaranan psixi və davranış pozuntuları ilə əlaqədar dispanser nəzarətində olanların sayı 36 659 nəfər təşkil edib.

Xeberlenti.com  AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından bildirilib.

Qeyd olunub ki, onlardan 20 246 nəfəri opioidlərin, 7 955 nəfəri kannabioidlərin, 8 458 nəfəri isə eyni zamanda, bir neçə narkotik maddənin qəbul edilməsi nəticəsində psixi və davranış pozuntuları yaranmış şəxslərdir. Onlardan 802 nəfəri qadındır. 2023-cü ildə müvafiq diaqnozla dispanser nəzarətinə 3 796 nəfər götürülüb, 2 153 nəfər isə nəzarətdən çıxarılıb

About Author