XƏBƏRLENTİ

xeberlenti.com

Qurban Yetirmişli: Hazırda elə bir aktiv ərazi yoxdur ki, güclü, dağıdıcı seysmik təkanlar olsun

Respublika üzrə seysmogen bölgələrdə seysmiklik fon səviyyəsindədir.

Xeberlenti.com  xəbər verir ki, bunu Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.

Onun sözlərinə görə, hazırda elə bir aktiv ərazi yoxdur ki, güclü, dağıdıcı seysmik təkanlar olsun: “Bu gün respublika ərazisində 20-dən çox yeraltı təkan qeydə alınıb. Hamısı hiss olunmayan, zəif təkanlardır”.

O, həmçinin işğaldan azad olunmuş ərazilərdə seysmoloji stansiyaların qurulmasından danışıb:

“Şuşada qurulmaqda olan seysmoloji stansiyada müəyyən işlər artıq tamamlanıb. Orada sadəcə stansiyanın özünün quraşdırılması işləri qalıb. Şuşa stansiyası bizə AFAD tərəfindən hədiyyə olunub. Bu, Azərbaycanda artıq 4-cü quyudibi stansiya olacaq. Cəbrayılda da quyudibi stansiyanın quraşdırılması həyata keçiriləcək. Füzulidə, Kəlbəcərdə, Xankədidə, Laçında, Qubadlıda, ümumiyyətlə azad olunmuş ərazilərin hamısında kompleks tədqiqatlar aparılacaq. Orada stansiyalar da qurulacaq, kadrlar da hazırlanacaq, əhali küçürüldükcə işlə təmin olunacaq

About Author