XƏBƏRLENTİ

xeberlenti.com

Şuşada “ASAN xidmət” mərkəzi bu tarixdə AÇILACAQ

Mayın sonunadək Şuşada “ASAN xidmət” mərkəzi açılacaq.

Xeberlenti.com  xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, Şuşadakı “ASAN xidmət” mərkəzinin xidmətlərindən Xankəndi sakinləri də istifadə edə biləcək.

“Ümumilikdə azad olunmuş ərazilərdə, xüsusilə Ağdam, Cəbrayıl, Laçın və Şuşa olmaqla 4 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərəcək”, – sədr əlavə edib.

About Author