Bu sistem neft ixrac edən ölkələrin əksəriyyətində tətbiq olunur.
Azərbaycanda neftin büdcə qiyməti Dövlət Neft Fondununun gəlirlərinin və dövlət büdcəsində neft-qaz şirkətlərinin ödəyəcəyi vergi məbləğinin proqnozlaşdırıması məqsədilə müəyyən edilir.
Neftin satışından əldə olunan gəlitrlərin bölgüsü xüsusi mexanizm vasitəsilə həyata keçirilir.
Neftin satışçından əldə olunan gəlirlərdən xərclər çıxılır.
Qalan manfəət hasilatın pay bölgüsü müqaviləsinə uyğun olaraq 75:25 faiz nisbətinəd bölünür.
Mənfəətin 75 faizi Azərbaycan tərəfinə , 25 faizi xarici şirkətlərə çatır.
Xaricilərə çatan 25%-in isə onlar 20%-ni mənfəət vergisi şəklində büdcəyə ödəyirlər.
Xarici şirkətlər də paylarına düşən mənfəətin 20 faizini mənfəət vergisi şəklində büdcəyə ödəyirlər.
Neft gəlirlərinin də proqnozlaşdırmaq üçün qiymət büdcə layihəsi hazırlanarkən əvvəlcədən müəyyən edilir, lakin büdcə ilinin ortasında neftin qiymətinin səviyyəsindən asılı olaraq dəyişdirilə bilər.
Neftin satış qiyməti ilə büdcə qiyməti arasında kəskin fərq olduqda hökümət dəyişiklik edir.
Kiçik fərq olduqda isə buna ehtiyac qalmır.
Modern.az son 20 ildə Azərbaycanın dövlət büdcəsində neftin qiyməti ilə bağlı məlumatları araşdırıb.
2006-cı il 40 dollar
2007-ci il 50 dollar
2008-ci il 70 dollar
2009-cu il 70 dollar
2010-cu il 45 dollar
2011-ci il 60 dollar
2012-ci il 80 dollar
2013-cü il 100 dollar
2014-cü il 100 dollar
2015-ci il 90 dollar
2016-cı il 50 dollar
2017-ci il 40 dollar
2018-ci il 45 dollar
2019-cu il 60 dollar
2020-ci il 80 dollar
2021-ci il 40 dollar
2022-ci il 50 dollar
2023-cü il 50-60 dollar
2024-cü il 60-75 dollar
2025-ci il 70 dollar