28 oktyabr 2024-cü il tarixdə AMEA Gəncə Bölməsində Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Qrant layihəsi çərcivəsində Azərbaycan Milli Kulinariya Assosiyasiyasında hazırlanmış “Qərbi Azərbaycanın Şirin inciləri” kitabının təqdimatı baş tutdu.
Tahir Əmiraslanov və Aynurə Əmiraslanova tərəfindən yazılmış “Qərbi Azərbaycanın Şirin İnciləri” adlı bu kitab Qərbi Azərbaycan ərazisində yüzilliklər boyu formalaşan və ermənilər tərəfindən özününküləşdirilən ənənəvi şirniyyatların disturların bərpasını və tarixi-etnoqrafik tədqiqatını əhatə edir.
Kitabın ön sözü Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün xanım Əliyevanındır.
Kitab AMEA Gəncə Bölməsinin rəyasət heyyətinin 2 iyul 2024-cü il tarixli 6/7 saylı qərarı ilə nəşr olunub.
Tədbiri AMEA Gəncə Bölməsinin sədri hörmətli akademik Fuad Əliyev açdı, həm acılış, həm yekun nitqində kitabı yüksək dəyərləndirdi onun mahiyyətini və vacibliyini iştirakcilara tam aciqladı. Fuad müəllim burada və digər kitablarda qeyd olunan xörək, şirniyyatların patentləşdirilməsinin, müəllif hüquqlarının alınmasının vaciliyindən danışdı, ermənilər tərəfindən mətbəximizin özününkiləşdirməyin qarşısının alınmasında patent və müəllif hüquqlarının böyük rolu olacağını vurğuladı. Akademik Gəncə süfrəsi ilə bağlı müəlliflərlə yeni bir kitabın hazırlanacağını qeyd etdi. Akademiyada cap olunan kitabları müəliflərə təqdim etdi.
Çıxış edənlər:
Tahir Əmiraslasnov kitabın müəllifi, Azərbaycan Milli Kulinariya Assosasiyasının prezidenti. Tarix üzrə fəlsəfə doktoru.
Kitabın Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Qrant layihəsi çərcivəsində Azərbaycan Milli Kulinariya Assosiyasiyasında hazırlandığını dedi. Bu kitabın 2020ci ildə cap olunmuş və dünyanın ən yaxşı kulinariya kitabı elan edilmiş, “İrəvan Xanlığı Bölgə Mətbəxi” kitabının davamı olduğunu və hazırda arxiv materrialları əsasında “19 əsr İrəvan Şəhərinin Mətbəxi” kitabının işləndiyini söylədi.
Aynurə Əmiraslanova, lahiyənin rəhbəri və kitabın həmmüəllifi, AMEA Gəncə Bölməsi Nizami Gəncəvi Mərkəzinin kicik elmi işçisi. Qərbi Azərbaycan şirniyyatları ilə Gəncə Şirniyyatları arasındakı bağlılığın, oxşarlığin mahiyyətindən danışdı, onların hər ikisini eyni düşüncə tərzinin məhsulu olduğunu göstərdi. Müəllif həm də bu şirniyatların əksəriyyətinin Nizami Gəncəvinin kitablarında əks olduğunu faktlarla nümayiş etdi.
Kitabın rəyçisi, AMEA Gəncə Bölməsi Nizami Gəncəvi Mərkəzinin direktoru, filologiya elmləri üzrə doktoru Əlimuxtar Muxtarov kitabın elmi mahiyyətini və müəllifin elmi və praktiki gördüyü işləri açıqladı, kitabın Qərbi Azərbaycana gedən yolun bir hissəsi olduğunu söylədi.
Nərgiz Rəsulova, AMEA Gəncə Bölməsi Tarix Diyarşünaslıq İnstitutunun tarix şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent kitbın cox geniş və hərtərəfli elmi təhlilini verdi. Azərbaycan elmində kitabın xüsusi yeri olduğunu və böyük rol oynayacağını söylədi.
Azərbaycan Texnologiya Universitetinin:
– Qida Mühəndisliyi fakultəsinin dekanı. Texnika üzrə fəlsəfə doktoru, dosent Mehman İsmayılov,
– Qida Mühəndisliyi və Ekspertiza kafedrasının dosenti. Texnika üzrə fəlsəfə doktoru Mərdan Tağıyev
– Həmin kafedranın dosenti, texnika üzrə fəlsəfə doktoru Afət Qasımova.
– Turizm Sənayəsinin Təşkili kafedrasının baş müəllimi Fizuli Musayev
öz çıxışlarında kitabın texnologiya alimləri və mütəxəssisləri üçün vacibliyini və ali təhsil müəssələrində tədrisdə istifadəsinin əhəmiyyətini acıqladılar. Müəlliflərin bütün kitablarının Universitetdə daimi istifadə edidiyini, bu kitablardan ayrıca bir guşə yaradıldığinı söylədilər.
Fidan Mahmudova Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin Şirniyyatçı ixtisasının müəllimi. Peşə təhsili müəssələri ücün tədris prossesində bu kitabın böyük əhəmiyyəti olacağindan və müəlliflə daima əməkdaşlıqlarından danışdı.
Zilli şirniyyat evinin qənnadçısı Mətanət Əlizadə müəlliflərlə daimi əməkdaşlıq etdiklərini, kitabdakı şirniyyatların Zilli şirniyyat evində praktiki tətbiqindən danışdı.
Azərbaycan Yazıçılar Birliyinin Gəncə Bölməsinin üzvü xanım Səlbi Baxış və AYB Gəncə Bölməsinin məsləhətçisi Aləmzər xanım Əlizadə kitabın bədii, ədəbi və mədəni hadisə olduğunu qeyd elədilər.
Çıxış edən digər alimlər, mütəxəsislər və ictimaiyyət nümayəndələri kitabı mühüm hadisə kimi qiymətləndirdilər .
Təqdimatda iştirak edən bütün qonaqlara kitab paylanıldı.
Təqdim edilən kitab iki dildə – Azərbaycan və İngilis dillərində təqdim olunub və 216 səhifədən ibarətdir.
Kitabda Qərbi Azərbaycan mətbəxinə aid bərpa edilmiş ənənəvi şirniyyat düsturları ilk dəfə geniş şəkildə təqdim olunur. Sucuq, alana, İrəvan kətəsi, saray paxlavası, adi paxlava, xurma südü, göyçə badamburası, cilov kimi şirniyyatlar bu mətbəxin inciləri olaraq ilk dəfə oxuculara nəfis şəkildə təqdim edilib. Üz qabığında isə ermənilərin özününküləşdirməyə çalışdığı bu şirniyyatların rəsmləri yer alır. Kitabın son üz qabığında isə “Kəvər” adlı toponimdən götürülmüş paxlavanın təsviri əks olunub.
Kitabda geniş mövzulara toxunulub: unlu və qənnadı məmulatlarından başlayaraq, meyvə quruları, mürəbbələr, şəkərləmələr və içkilərə qədər müxtəlif şirniyyatlar ətraflı şəkildə təsvir olunub. Həmçinin, kitabın sonunda 58 ədəd ədəbiyyat siyahısı və bu sahə ilə bağlı məlumatlar verən 63 respondent haqqında məlumat yer alır.
Kitab həm tədqiqatçılar, həm də milli mətbəximizi öyrənmək istəyən kulinariya həvəskarları üçün əvəzsiz bir qaynaqdır.
Kitab AMEA-nın Gəncə Bölməsinin Rəyasət Heyətinin 02. 07. 2024 tarıxli 6/7 saylı qərarı ilə nəşr olunur.
Rəyçilər;
*M.Ə. Məhərrəmov, texnika üzrə elmlər doktoru, Lənkəran Dövlət Universitetinin professoru
* Ə.H. Muxtarov, AMEA Gəncə Bölməsi Nizami Gəncəvi Mərkəzinin direktoru, filologiya üzrə fəlsəfə doktoru
* C.Ə. Bəhramov, AMEA A.A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun “Qərbi Azərbaycanın tarixi” şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent
Kitabın sonunda müəlliflər və əsas mənbələr haqqında məlumat və digər faydalı bilgilər yer alıb. Kitab “Nero” nəşriyyatında çap olunub.
AMEA Gəncə Bölməsinin sədri akademik Fuad müəllim Əliyevə və bütün kollektivinə kitabın təqdimatının yüksək səviyədə təşkilinə görə dərin təşəkkürümüzü bildiririk.