İran prezidenti Məsud Pezeşkian İsrailin ona qarşı sui-qəsd cəhdində bulunduğunu, lakin bu planın uğursuzluqla nəticələndiyini bildirib.
“Xeberlenti.com” xəbər verir ki, Pezeşkian bu barədə amerikalı jurnalist Taker Karlsona verdiyi müsahibədə danışıb.
“Bəli, onlar (İsrail – red.) bu cəhdə girişdilər, uyğun addımlar atdılar, lakin nəticə əldə edə bilmədilər”, – deyə dövlət başçısı qeyd edib.
Qeyd edək ki, İsrail iyunun 13-də İrana qarşı “Rising Lion” adlı hərbi əməliyyata başlayıb. Cavab olaraq İran da “Əsl vəd 3” əməliyyatına start verib. Tərəflər arasında ötən ayın 24-də atəşkəs əldə olunub.
Kəmalə Vəliyeva
“Xeberlenti.com”
